| Əminə Yusifqızı | |
|---|---|
| Doğum tarixi | 24 sentyabr 1936 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 9 oktyabr 2025 (89 yaşında) |
| Dəfn yeri | |
| Fəaliyyəti | aktrisa, dublyaj aktrisası, səsləndirmə aktrisası[d] |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID2930351 |
Əminə Yusifqızı (24 sentyabr 1936, Bakı – 9 oktyabr 2025) — Azərbaycan qiraət ustası, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998).
Həyatı
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə 89 yaşında vəfat edib. Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti — 1 dekabr 1982 Azərbaycan Respublikasının Xalq Artisti-1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003
- Cəfər Cabbarlı mükafatı (2010)
- "Şöhrət" ordeni (Azərbaycan) (14 sentyabr 2016)
Filmoqrafiya
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Rəna (Şükufə Yusifova)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Mədinə (Səfurə İbrahimova)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Tatyana (Liliya Makarova)
- Arşın mal alan (film, 1965) — Filmi səsləndirən: Gülçöhrə (Leyla Şıxlinskaya)
- ATU və ya pa ATU nnan (film, 1971)
- Bakıda küləklər əsir (film, 1974) — Filmi səsləndirən: Erika (Andrin İnqrid)
- Bayquş gələndə... (film, 1978) — Filmi səsləndirən: Ədilə (Gülşən Qurbanova)
- Bəxtəvər (film, 1984)
- Bəyin oğurlanması (film, 1985) — Filmi səsləndirən: Həsənin anası (Lətifə Əliyeva)
- Bir ailəlik bağ evi (film, 1978) — Filmi səsləndirən: Validə (Larisa Xələfova)
- Bir cənub şəhərində (film, 1969) — Filmi səsləndirən: Rəna (Natella Adıgözəlova)
- Birisigün, gecəyarısı... (film, 1981) — Filmi səsləndirən: Elmira Ağabəyova (Zemfira Sahilova)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bulud niyə ağlayır? (film, 1973)
- Burulğan (film, 1986) — Aktyor: Katibə;Filmi səsləndirən: Nata (Eqle Qebrenayte)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) — Filmi səsləndirən: (Dağ Meşəsindən Keçərkən) Şəfiqə (Tamilla Qafarova);(Cazibə Qüvvəsi) Gülbəniz (Rəna Səlimova)
- Dairə (film, 1989) — Filmi səsləndirən: Arifin arvadı (Elmira Şabanova)
- Dədə Qorqud (film, 1975) — Filmi səsləndirən: Banuçiçək (Leyla Şıxlinskaya)
- Ən vacib müsahibə (film, 1971) — Filmi səsləndirən: Səidə (Ariadna Şengelaya)
- Əzablı yollar (film, 1982) — Filmi səsləndirən: Qarayel (Həşim Qadoyev)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Gənc qadının kişisi (film, 1988) — Filmi səsləndirən: Aliyə (Lətifə Əliyeva)
- Gilas ağacı (film, 1972) — Filmi səsləndirən: Bikə
- Həsən Əbluc (film, 1999)
- Həyat bizi sınayır (film, 1972) — Filmi səsləndirən: Hicran (Xuraman Qasımova)
- Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002)
- Xatirələr sahili (film, 1972) — Filmi səsləndirən: Rəna (Leyla Şıxlinskaya)
- Xüsusi buraxılış (film, 1983)
- İnsan məskən salır (film, 1967) — Filmi səsləndirən: Adilə (Zemfira Sahilova)
- İstintaq (film, 1979) — Filmi səsləndirən: Ayan (Yelena Smirnova)
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) — Filmi səsləndirən: Əkrəklə Səkrəyin anası
- Qanun naminə (film, 1968) — Filmi səsləndirən: Züleyxa (Flora Kərimova)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax) — Filmi səsləndirən: (Qaraca Qız) Yasəmən (Raisa Udovikova);(Lifçi Qız) Lalə (Xuraman Qasımova)
- Qatır Məmməd (film, 1974) — Filmi səsləndirən: Həbibə (Səfurə İbrahimova)
- Qayınana (film, 1978) — Filmi səsləndirən: Afət;Zərifə (İnarə Quliyeva)
- Qətl günü (film, 1990) — Aktyor: Səlimə
- Qeybdən gələn səs (film, 2002) — Aktyor: Züleyxa
- Qızıl uçurum (film, 1980) — Şəfiqə (Həmidə Ömərova)
- Qızıl qaz (film, 1972) — Filmi səsləndirən: Şəfiqə (Leyla Şıxlinskaya)
- Mən ki gözəl deyildim (film, 1968) — Filmi səsləndirən: Səidə (Xuraman Qasımova)
- Mən mahnı qoşuram (film, 1979) — Titrlər və tərcüməni oxuyan
- Mənim əziz atam (1970)
- Möcüzələr adası (film, 1963) — Filmi səsləndirən: Məryəm (Zoya Nedbay)
- Musiqi müəllimi (film, 1983) — Aktyor: Xidmətçi
- Nizami (film, 1982) — Filmi səsləndirən: Pəri;Afaq (Həmidə Ömərova)
- O qızı tapın (film, 1970) — Filmi səsləndirən: Əminə (Sevil Qasımova)
- Od içində (film, 1978) — Filmi səsləndirən: Tatyana (Alla Panova)
- Onu bağışlamaq olarmı? (film, 1959) — Sevda (Manana Abuyeva)
- Onun bəlalı sevgisi (film, 1980) — Filmi səsləndirən: Şövkət (Nataliya Tağıyeva)
- Özgə ömür (film, 1987) — Filmi səsləndirən: Roza (Liya Axedjakova)
- Park (film, 1983) — Filmi səsləndirən: Maratın anası (Tamara Urjumova)
- Prima (film, 1994) - Mətni oxuyan
- Rəngli yuxu (film, 1982)
- Sən niyə susursan? (film, 1966) - Aktyor;Filmi səsləndirən: Cəmilə (Rəna Səlimova)
- Skripkanın sərgüzəşti (film, 1972) - Filmi səsləndirən: Nadejda İvanovna (Nina Menşikova)
- Süd dişinin ağrısı (film, 1987) - Filmi səsləndirən: Çimnaz (Larisa Xələfova)
- Şahid qız (film, 1990) - Filmi səsləndirən: Leyla (Leyla Şıxlinskaya)
- Şərikli çörək (film, 1969) - Aktyor: Südabə
- Telefonçu qız (film, 1962) - Filmi səsləndirən: Mehriban (Raisa Nedaşkovskaya)
- Təhminə (film, 1993) - Filmi səsləndirən: Mədinə (Larisa Xələfova)
- Təxribat (film, 1989) - Filmi səsləndirən: Aidə (Səfurə İbrahimova)
- Tənha durna uçuşu (film, 2003) - Aktyor: Xədicə
- Tənha narın nağılı (film, 1984) - Aktyor: Firuzə
- Torpaq. Dəniz. Od. Səma (film, 1967) - Filmi səsləndirən: Sevda (Fidan Qasımova)
- Tütək səsi (film, 1975) - Filmi səsləndirən: Sayalı (Liya Eliava)
- Ulduz (film, 1964) — Filmi səsləndirən: Ulduz (Tamilla Rüstəmova)
- Uşaqlığın son gecəsi (film, 1968) - Filmi səsləndirən: Elya (Megi Kejeradze)
- Ümid (film, 1995) - Aktyor: Baş həkim
- Ürək... Ürək... (film, 1976) - Filmi səsləndirən: Lena (Lyubov Viraleynen)
- Üzeyir ömrü (film, 1981) - Filmi səsləndirən: Şövkət Məmmədova (Özü)
- Var olun, qızlar... (film, 1972) - Filmi səsləndirən: Solmaz (Valentina Aslanova)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966) - Filmi səsləndirən: Annuşka (Nelli Zinovyeva)
- Yay gününün xəzan yarpaqları (film, 1986) - Aktyor: Firuzə
- 24 sentyabrda doğulanlar
- 1936-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 9 oktyabrda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- 89 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Bakı Slavyan Universitetinin məzunları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan Respublikasının xalq artistləri
- "Cəfər Cabbarlı" mükafatı laureatları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktrisaları
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şəxsləri
- Azərbaycan film aktrisaları
- Azərbaycan teatr aktrisaları