Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Qusarçayın sağ sahilində, Qusar rayonunun eyniadlı kəndində

Əniq qalası

41°20′16″ şm. e. 48°13′23″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əniq qalası
Ölkə
  •  Azərbaycan
Yerləşir Əniq
41°20′16″ şm. e. 48°13′23″ ş. u.HGYO
Xəritə

Əniq qalası və ya Eniq qalası — Qusar rayonunun eyniadlı kəndində tarixi abidə.

Haqqında

Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Qusarçayın sağ sahilində, Qusar rayonunun eyniadlı kəndində təbii maneələrə malik, hündür təpə üzərində yerləşir. Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün memar relyefin bütün imkanlarından uğurla istifadə etmişdir. Əniq qalası uçurumlu ətəkləri olan nəhəng təpənin cənubunda salınmışdır.

Nə vaxtsa möhtəşəm istehkam olan bu qaladan iki qalıq salamat qalmışdır. Birinci halda divarın uzunluğu 15–16 metrdir. İkinci qalıq isə qala darvazasının künc bürcüdür. Divarın eni 2 metr, bürcün diametri isə 6 metrə yaxındır. Qalıqların hündürlüyü 5,8 metrdən 9,3 metrə qədərdir. Qala yeri qaya daşlarından və çaydaşından inşa olunmuşdur. Gürcü "Xronoqrafı"nın məlumatı əsasında Əniq (Eniq) qalasının 1288-ci ildə dağıdıldığı ehtimal olunur.

Üst