( səhifəsindən istiqamətləndirilmişdir)
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi (hərf. "Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Kateqoriyalar:
- Mesopotamiya
- Asiyanın tarixi vilayətləri
- Yaxın Şərq coğrafiyası
- Yaxın Şərq tarixi
- Yaxın Şərq
- İraq coğrafiyası