Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı

Ərəstun Cavadov

  • Ana Səhifə
  • Ərəstun Cavadov

Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı

Ərəstun Cavadov
Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı
2005 – 24 noyabr 2015
Seçki dairəsi2005, 2010 — 87 saylı Ağsu-İsmayıllı
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıTahir Kərimli
Şəxsi məlumatlar
Doğum adı Ərəstun Nurəddin oğlu Cavadov
Doğum tarixi 20 oktyabr 1948(1948-10-20)
Doğum yeri
  • Ərəbmehdibəy, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 mart 2023(2023-03-29) (74 yaşında)
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Həyatı

1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var.

29 mart 2023-cü ildə vəfat etmişdir.

Siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırışda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olmuşdur. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Məmmədbağır Şeyxzamanlı

  • Mart 26, 2026

    Şiəlik

  • Aprel 12, 2026

    Təbii ehtiyatlar

  • Mart 26, 2026

    Psixologiya

  • Aprel 24, 2026

    Ləzran (Yardımlı)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst