Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ərdəbil bazarı — Ərdəbil şəhərində yerləşən və bu şəhərin tarixi əsərlərindən hesab olunan böyük bir üstü örtülü bazardır. Bazarın tikiliş tarixi barədə iki idd

Ərdəbil bazarı

38°14′59″ şm. e. 48°17′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bu məqalə Ərdəbil bazarı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın.
Ərdəbil bazarı
Ölkə
  •  İran
Şəhər Ərdəbil şəhəri
Rayon Ərdəbil ostanı
Yerləşir İran
Üslubu Böyük Səlcuq memarlığı, Səfəvi memarlığı[d]
Material kərpic
38°14′59″ şm. e. 48°17′50″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərdəbil bazarıƏrdəbil şəhərində yerləşən və bu şəhərin tarixi əsərlərindən hesab olunan böyük bir üstü örtülü bazardır. Bazarın tikiliş tarixi barədə iki iddia vardır. Bir iddiaya görə bazar Səfəvi imperiyası dövründə tikilmişsə də, başqa bir iddi onun Səlcuqlu dönəmində tikildiyini, lakin Səfəvi dövründə özünün çiçəklənmə mərhələsini yaşadığını bildirir.

Bu əsər 27 avqust 1364-cü ildə (İran rəsmi təqvimi ilə) 1690 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.

Haqqında

Tarixi qaynaqlar bazarı təsvir edərkən onu qübbəli tavanlı xaç şəklində bir bina kimi təsvir etdilər. 16-18-ci əsrlərdə Səfəvilər sülaləsi dövründə tikilmiş və 18-ci əsrdə Zənd sülaləsi tərəfindən təmir edilmişdir. Bazarın ətrafında və içində xeyli sayda karvansaraylar və mehmanxanalar olmşdur. Bunların bir çoxu Səfəvi sülaləsinin məqbərəsinə və ya məscidlərinə məxsus idi. Onlardan bəzilərini Əlaəddin Ataməlik Cüveyni vaxtilə Səfəvi ordeninə bağışlamışdı. Ziyarətgahın əmlakına məxsus olan bazardakı bir çox dükan, hamam və mehmanxanalardan əldə edilən gəlirlər ziyarətgahların saxlanması üçün istifadə olunur. Səfəvilər sülaləsi dövründə Ərdəbil bazarı ticarət baxımından çox zəngin idi və ticarət, ictimai və siyasi işlərin mərkəzi idi. Bazarın rasta bazar, qızılçı bazar, dəmirçi bazar, başmaqçı bazar və börkçü bazar kimi qolları vardır. Bazar bir çox fərqli hissələrə bölünmüş, hər bir hissə qəssab bazarı və bir çox digər keçidlər kimi xüsusi bir üsulla ayrılmışdı. Ərdəbil bazarının bütün kompleksi tağlı tavanlar və sadə günbəzlərlə örtülmüşdür. Bazarın işıqlandırılması tavanlardakı deşiklərdən verilir.

Tarixi Ərdəbil bazarı köhnə Ərdəbil şəhərinin düz mərkəzində yerləşir. Bu tarixi bazar yarım əsr əvvəl İmam Xomeyni küçəsi (keçmiş Pəhləvi küçəsi) bazarın ortasından keçdiyinə görə iki yerə bölünüb. Ərdəbil bazarı şimaldan İmam Hüseyn meydanına (Təzə meydan), cənubdan Ayətullah Taleqani küçəsinə, Ayətullah Moruc Ərdəbili bulvarına və Fəcr meydanına, şərqdən Ayətullah Kaşani küçəsinə, qərbdən isə Nəserli Sufi küçəsinə aparır. Həmçinin, Came məscidi və Ərdəbil Böyük Məscidi Ərdəbil bazarının daxilində yerləşir.

Qalereya

Həmçinin bax

  • Təbriz bazarı
Üst