Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsəd Cahangir (Əsədov Əsəd Cahangir oğlu; 25 iyun 1966) — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi və publisist; Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əsəd Cahangir

Vikipediya, azad ensiklopediya
Əsəd Cahangir
Doğum tarixi 25 iyun 1966(1966-06-25) (60 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Bakı Dövlət Universiteti
İxtisası filoloq
Fəaliyyəti ədəbiyyatşünas, tənqidçi, publisist, tərcüməçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Əsəd Cahangir (Əsədov Əsəd Cahangir oğlu; 25 iyun 1966) — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi və publisist; Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Əsədov Əsəd Cahangir oğlu 25 iyun 1966-cı ildə anadan olub.

"Azərbaycan" jurnalında tənqid və publisistika şöbəsinə rəhbərlik edib və 2014-cü ildən həmin jurnalın baş redaktorunun müavini vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin edilib.

Fəaliyyəti

Yazıçılar haqqında tənqidi və publisistik məqalələr yazır, ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərir.

Əsərləri

Tərcümələri

  • "Nəğməli sətirlər"
  • "Erməni soyqırımı": mif və gerçəklik. (rus dilindən tərc. ed. Ə. Cahangir). Bakı: Adiloğlu, 2012.

Təltifləri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatına layiq görülmüşdür.

2013-cü ildə "Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat"a layiq görülüb.

Üst