Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi məşhur fars-tacik şairidir. XI əsrdə Xorasanda hərc-mərclik yarandı. Səlcuqlular İranın qərbindən Kiçik Asiyaya doğru hərəkət

Əsədi Tusi

Vikipediya, azad ensiklopediya
Əsədi Tusi
Doğum tarixi 1000(1000)
Doğum yeri
  • Tus, İran
Vəfat tarixi 1072(1072) (71–72 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, Katib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi (1000, Tus1072, Təbriz) — İran şairi.

Həyatı

Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi məşhur fars-tacik şairidir. XI əsrdə Xorasanda hərc-mərclik yarandı. Səlcuqlular İranın qərbindən Kiçik Asiyaya doğru hərəkət etdilər. Buna görə fars dili geniş şəkildə yayıldı və Azərbaycan üslubu yarandı. Xorasanda yaranmış vəziyyətə görə bir çox farsdilli şairlər Xorasandan Azərbaycana köç etdi, o cümlədən Əsədi Tusi Təbrizə gəldi.

Əsədi Tusi ömrünün mühüm hissəsini Azərbaycanda (əsasən Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur.

O, "Lüğəti-fürs"ün ("Fars lüğəti"nin) müəllifi idi və bir çox kitabların tərtibçisi olub.

Əsədi Tusi 1072-ci ildə vəfat edib. Təbrizdə "Məqbərətül şüəra" ("Şairlər məqbərəsi")də dəfn olunmuşdur.

Üst