Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Əsgər Əliyev

Vikipediya, azad ensiklopediya
Əsgər Əliyev
Əsgər Ələkbər oğlu Əliyev
Doğum tarixi 8 noyabr 1974(1974-11-08)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (20 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi
Mükafatları "Qızıl ulduz" medalı

Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Həyatı

Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.

Xatirəsi

  • Lənkəran şəhərində Əsgər Əliyev adına Dostluq parkı, küçə və büst açılmışdır..
  • Lənkəran şəhərinin Haftoni Qəsəbə orta məktəbində Əsgər Əliyevin "Xatirə guşəsi" yaradılmışdır.
  • Bakı şəhərində Əsgər Əliyev adına park açılmışdır.
  • Ağdam şəhərinin Evoğlu Kənd tam orta məktəbi Əsgər Əliyevin adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 83.
Üst