Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növ

Ətirli çobanyastığı

Vikipediya, azad ensiklopediya
Ətirli çobanyastığı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Astraçiçəklilər
Fəsilə:
Mürəkkəbçiçəklilər
Yarımfəsilə:
Astrakimilər
Triba:
Sığırgözükimilər
Cins:
Çobanyastığı
Növ:
Ətirli çobanyastığı
Beynəlxalq elmi adı
  • Matricaria discoidea DC.

Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir.

Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır. Kasacığı çılpaq, çox qabarıq, uzunsov-konusşəkilli, daxili hissəsi isə ensiz, səbətciyində oval, zirvəsində isə dairəvi çoxsaylı yarpaqcıqlar vardır. Kənar yarpaqları aydın bölümlüdür. Köndələn istiqamətdə səbətciklərin ölçüsü 3–6 mm-ə bərabərdir. Çiçəkləri sarımtıl-yaşıl, gümüşü-yaşıl, kəskin iyli, aromatlı, dadı isə ədviyyatlı acıdır.

Çiçəkləri bitki çiçək açan zaman toplanılmalıdır. Toplanılan zaman kasacığını xammala

qatmaq olmaz. Xammalını polietilenin üstündə sərmək arzuolunmazdır. Yığılmış xammal açıq, lakin kölgəli, yaxşı ventilyasiyalı naveslərdə və ya 45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Bu zaman 1kq nazik doğranmış xammal 1m2 sahəyə 4–6 gün ərzində sərilməlidir. Quru havalı yerlardə saxlamalı, altına kağız sərməklə, faner yeşiklərdə qablaşdırmalı, efiryağlı olduğundan cibli kisələrdə saxlanılmalıdır. Saxlama müddəti 1 ildir.

Tərkibi və təsiri

Çiçəklərinin tərkibində 0,8% efir yağı, xamazulin və flavanoidlər (apigenin törəmələri, yuteolin), salisil turşusu, karotinoidlər və askorbin turşusu tapılmışdır. Efir yağı ən azı 0,2%, nəmliyi ən azı 14%, ümumi kül 12%, qaralmış yarpaqları və uzunluğu 3sm olan çiçəkləri 8%, üzvi maddələri 1%, mineral maddələri 0,3% -dən çox deyildir.

Çiçəkləri iltihabsorucu, spazmolitik, və tərqovucudur. Məhlul və qarışıqların tərkibində daxilə qəbul edilir. Tərkibində efir olduğundan dezodorasiyaedici maddə kimi qarqara, vanna və müalicəvi imalə edilir.

Sinonimləri

Homotipik sinonimləri

  • Chamomilla discoidea (DC.) J.Gay ex A.Braun

Heterotipik sinonimləri

  • Akylopsis suaveolens (Pursh) Lehm.
  • Anthemis inconspicua Fisch. ex Herder
  • Chamomilla suaveolens (Pursh) Rydb.
  • Chrysanthemum discodes Jess.
  • Chrysanthemum suaveolens (Pursh) Asch.
  • Cotula matricarioides Bong.
  • Lepidanthus suaveolens (Pursh) Nutt.
  • Lepidotheca suaveolens (Pursh) Nutt.
  • Matricaria suaveolens (Pursh) Buchenau
  • Matricaria tanacetoides Fisch. & C.A.Mey.
  • Pyrethrum breviradiatum Schwein. ex Nutt.
  • Pyrethrum defloratum A.Braun
  • Santolina suaveolens Pursh
  • Tanacetum matricarioides Ledeb.
  • Tanacetum pauciflorum DC.
  • Tanacetum suaveolens (Pursh) Hook.

Şəkillər

Həmçinin bax

Üst