Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995).

Əvəz Şükürov

Vikipediya, azad ensiklopediya
Əvəz Şükürov
Əvəz Kərəm oğlu Şükürov
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
1994 – 1995
ƏvvəlkiQənbər Qurbanov
SonrakıSahib Əkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 1926(1926)
Doğum yeri
  • Zülfüqarlı, Azərbaycan
Vəfat tarixi 20 yanvar 2006(2006-01-20) (79–80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Uşağı

Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995).

Həyatı

1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir.

1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, "Pravda" kolxozunun sədri olmuşdur.

1950–1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954–1964-cu illərdə isə yenə də "Pravda" kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958–1968 illərdə V–VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında müxtəlif rəhbər vəzifələrdə çalışmişdir.

1993–1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyətinin sədr müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir.

1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mütəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun atasıdır.

Üst