Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əyrivəng kilsəsi — Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX–X əsrlərə aid xristian məbədi. Əyriçayın sol sahilindəki meşə örtüklü hündür təpənin üstündə

Əyrivəng kilsəsi

40°31′04″ şm. e. 45°35′25″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əyrivəng kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Gədəbəy
Yerləşir Əyrivəng çayının sahili
Aidiyyəti Alban Həvari Kilsəsi
Tikilmə tarixi IX-X əsrlər
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4255
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°31′04″ şm. e. 45°35′25″ ş. u.HGYO
Xəritə
Əyrivəng kilsəsi (Azərbaycan)
Nöqtə
Əyrivəng kilsəsi
Kilsənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əyrivəng kilsəsiGədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX–X əsrlərə aid xristian məbədi. Əyriçayın sol sahilindəki meşə örtüklü hündür təpənin üstündə yerləşən məbəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli abidə kimi qeydiyyata alınmışdır.

Orta ölçülü əsas ibadət zalı nalvari apsidaya malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsilə əlaqələndirilmişlər.

Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Pəncərə yerləri haşiyəsizdir. Karniz bir qədər kənara çıxan düzbucaqlı daş cərgəsindən ibarətdir.

Memarlıq xüsusiyyətləri

Məbədin vəziyyəti qəzalıdır: dam örtüyü dağılmış, divarlarının bir hissəsi isə uçmuşdur. Orta ölçülü (7.50 x 3.70 metr) əsas ibadət zalı nalvari apsidaya (3.20 metr) malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsilə əlaqələndirilmişlər. Məbədin yeganə giriş qapısı qərb divarında yerləşir və narteksə açılır. Abidənin narteks hissəsi ehtimal ki, daha sonrakı dövrə aiddir.

Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Kilsə divarları 110 sm, narteksin divarları isə 98 sm qalınlığa malikdir. Qafqaz Albaniyası memarlığına məxsus digər erkən orta əsrlər abidələri kimi Əyrivəng kilsəsi də dekorativ urban elementlərindən məhrumdur. Pəncərə yerləri haşiyəsizdir. Karniz bir qədər kənara çıxan düzbucaqlı daş cərgəsindən ibarətdir.

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Xəlilov, M.C. Albaniyanın xristian abidələri (IV–X əsrlər). Bakı. 2011. (#accessdate_missing_url)

Həmçinin bax

  • Qafqaz Albaniyasının memarlığı
Üst