2025 MDB Oyunları — 2025-ci ildə Azərbaycanın Gəncə və digər 6 şəhərində keçirilən sayca III MDB Oyunları. Oyunların açılış və bağlanış mərasimi və 8 idman növü üzrə yarışlar Gəncədə keçirilib. Yarış 2025-ci ilin sentyabrın 28-də start götürüb və oktyabrın 8-də yekunlaşıb. Yarışda 8 ölkədən 1846 idmançı iştirak etmişdir.
| 2025 MDB Oyunları | |||
|---|---|---|---|
| |||
| Ölkə | | ||
| Şüar | Hər qəlbdə bir qələbə | ||
| Tarix | 28 sentyabr – 8 oktyabr 2025 | ||
| |||
| Sayt | cisgames2025.com | ||
Hazırlıq
2024-cü ilin aprel ayında Gəncə İdman Sarayının açılışı olub.
Azərbaycan Baş nazirin müavini Samir Şərifov III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov isə sədr müavini təyin olunub.
III MDB Oyunları 2025-ci ildə "Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçiriləcək. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə etmişdir. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil edilmişdir. Oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan Hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançıları da iştirak etmişdir.
III MDB Oyunlarının maskotları və şüarı bəlli olub — maskotlar "Bəbir" və "Leyla"dır, yarış isə "Hər qəlbdə bir qələbə" şüarı altında keçirilmişdir.
Medal sıralaması
* Ev sahibi ölkə (Azərbaycan)
| Mövqe | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
|---|---|---|---|---|---|
| 1 | 34 | 8 | 7 | 49 | |
| 2 | 5 | 17 | 16 | 38 | |
| 3 | 4 | 13 | 15 | 32 | |
| 4 | 3 | 3 | 14 | 20 | |
| 5 | 0 | 3 | 12 | 15 | |
| 6 | 0 | 2 | 2 | 4 | |
| 7 | 0 | 0 | 4 | 4 | |
| 8 | 0 | 0 | 0 | 0 | |
| 0 | 0 | 0 | 0 | ||
| 0 | 0 | 0 | 0 | ||
| 0 | 0 | 0 | 0 | ||
| 0 | 0 | 0 | 0 | ||
| 0 | 0 | 0 | 0 | ||
| Ümumi nəticə: 13 | 46 | 46 | 70 | 162 | |
Qalereya
Açılış mərasimi
Açılış mərasimi
Açılış mərasimi
Açılış mərasimi
Açılış mərasimi
Açılış mərasimi
