Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına ə

Ağçay (Qax)

41°27′29″ şm. e. 47°00′05″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağçay
41°27′29″ şm. e. 47°00′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Əhalisi
Əhalisi 495 (2012) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 3417
Xəritəni göstər/gizlə
Ağçay xəritədə
Ağçay
Ağçay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AğçayAzərbaycan Respublikasının Qax rayonunun İlisu kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşayır.

Toponimikası

  • Ağçay oyk., sadə.
  • Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı;
  • Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir. Yaşayış məntəqəsi 1953-cü ildə yeni yaradılmış üzümçülük sovxozunun fəhlələri üçün salınmışdır. Kəndlər öz adlarını ərazidəki eyniadlı çaydan almışlar. Ural və Rostov vilayətlərində də eyni-adlı (Aksay) yaşayış məntəqələri qeydə alınmışdır.
Üst