| Ağabəyli | |
|---|---|
| 40°30′ şm. e. 48°25′ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Ağabəyli | |
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır.
Din
Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağsu rayonu qaralamaları
- Kənd qaralamaları
- Ağsu rayonunun kəndləri
