| Ağahüseyn Rəsulzadə | |
|---|---|
| Ağahüseyn Əli oğlu Rəsulzadə | |
| Doğum tarixi | noyabr 1884 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1938 (53–54 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | yazıçı |
Ağahüseyn Əli oğlu Rəsulzadə (noyabr 1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir.
Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.
Kitabları
- Nöqsanlarımız. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh.
Ədəbiyyat
- Məcid Katibli. Ağahüseyn Rəsulzadə. Bakı: Azərnəşr. 1986.
- 1884-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 1938-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Siyasətçi qaralamaları
- Rəsulzadələr
- Azərbaycan siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Azərbaycanlı dövlət xadimləri
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- SSRİ-də repressiya qurbanları
- Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvləri
- Bakı Sovetinin (1917-1918) deputatları
- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri
- Azərbaycan kommunistləri
- Azərbaycan ateistləri