| Ağbaş | |
|---|---|
| 41°08′ şm. e. 49°08′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Şabran rayonu |
| Əhalisi | |
| Əhalisi | 2.605 nəfər |
![]() Ağbaş | |
Ağbaş — Azərbaycan Respublikasının Şabran rayonunun Ağbaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur–Abşeron kanalının kənarında, Samur–Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmiş İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir.
Əhalisi
Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Görkəmli şəxsləri
Samir Zülfüqarov (1976–1995) — Azərbaycan Milli Qəhrəmanı.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Şabran rayonu qaralamaları
- Kənd qaralamaları
- Şabran rayonunun kəndləri
