| Ağtəpə | |
|---|---|
| 39°21′30″ şm. e. 47°01′34″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Cəbrayıl rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 400 m |
![]() Ağtəpə ![]() Ağtəpə | |
Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Cəbrayıl rayonu qaralamaları
- Kənd qaralamaları
- Cəbrayıl rayonunun kəndləri

