Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşıq Qurbani (az.-əski. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.

Aşıq Qurbani

Vikipediya, azad ensiklopediya
Aşıq Qurbani
az.-əski. آشیق قربانی
Dirili Qurbaninin müasir təsviri.
Dirili Qurbaninin müasir təsviri.
Ümumi məlumatlar
Ləqəbi Dirili Qurbani
Doğum tarixi 1477(1477)
Doğum yeri
  • Diri, Ağqoyunlu dövləti
Vəfat tarixi 1550(1550) (72–73 yaşında)
Vəfat yeri
  • Diri, Səfəvilər
Dəfn yeri
  • Diri
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti şair, musiqiçi, aşıq
Musiqi aləti saz

Aşıq Qurbani (az.-əski. آشیق قربانی) və ya Dirili Qurbani (1477, Diri1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Həyatı

Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.

Kitablar

  • Qurbani. (tərtib edəni Q. Kazımov). Bakı: Bakı Universiteti, 1990, 280 s.

Həmçinin bax

  • Dirili Qurbani Məclisi

Ədəbiyyat

  • Qurbani. Əsərləri. Tərtib edəni, ön söz və izahların müəllifi: Q. Kazımov. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2006, 232 s. ISBN 9789952340792
Üst