Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017), Azərbayc

Aşıq Zülfiyyə

  • Ana Səhifə
  • Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.

Aşıq Zülfiyyə
İbadova Zülfiyyə Əli qızı
Aşıq Zülfiyyə (2018)
Aşıq Zülfiyyə (2018)
Ümumi məlumatlar
Doğum adı Zülfiyyə
Doğum tarixi 26 noyabr 1970(1970-11-26) (55 yaş)
Doğum yeri
  • Alakol, Tovuz rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, aşıq
Fəaliyyət illəri 1984-cü ildən
Musiqi aləti saz
Üzvlüyü
  • Aşıq Pəri Məclisi,
  • Azərbaycan Aşıqlar Birliyi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20172017 Azərbaycan LKGİ mükafatı — 19871987
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur.

Aşıqlıq fəaliyyəti

On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur.

"Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir.

Təltifləri

1987-ci ildə Azərbaycan komsomolu mükafatının laureatı olmuşdur.

1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.

"Xan qızı Natavan" mükafatı ilə təltif edilmişdir.

15 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Ailəsi

Aşıq Zülfiyyənin babası da aşıq olub. Zülfiyyəgil ailədə səkkiz uşaq olublar.

Zülfiyyənin həyat yoldaşı Sakit də Tovuz rayonundandır. Babək adında 1 oğlan övladları var. Babək də müğənni kimi fəaliyyət göstərir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Çiçəkli bitkilər

  • Mart 26, 2026

    Tofiq Quliyev

  • Mart 29, 2026

    Abdolbari Gozal

  • Mart 30, 2026

    İnsan seksuallığı

  • Mart 28, 2026

    Fəxrəddin Manafov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst