| Aşağı Apu | |
|---|---|
| 38°40′39″ şm. e. 48°44′18″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Lənkəran rayonu |
| Bələdiyyə sədri | Gülşən Sultanova |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 0,0331 km² |
| Əhalisi | |
| Əhalisi | 95 nəfər (2024) |
| Milli tərkibi | azərbaycanlılar, talışlar |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ4238 |
| Aşağı Apu | |
Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 95 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir.
Toponimiyası
Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi mövqeyi ilə bağlıdır.
Coğrafiyası
Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.
Həmçinin bax
Biləsər bələdiyyəsi
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Lənkəran rayonunun kəndləri
- Lənkəran rayonunun yaşayış məntəqələri