| Aşağı Malax | |
|---|---|
| 41°22′17″ şm. e. 46°59′35″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 670 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Aşağı Malax | |
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi.
Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərilməlidir] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Əhalisi
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Aşağı Malax kəndində milli tərkibi əsasən ləzgilərdən ibarət 41 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 92 təsərrüfatda hər iki cinsdən toplam 305 nəfər əhali yaşamaqdadır.
Hazırda əhalinin əksəriyyətini etnik-azərbaycanlılar, az bir qismini saxurlar təşkil edir.
Toponimikası
Aşağı Malax oyk., mür. Qax r-nunun Qaşqaçay i.ə.v.-də kənd. Qaşqaçayın sahilindədir. Keçmişdə bu zonada Malax adlı iki kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax və Qacar Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar. Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "aşağıda yerləşən Malax kəndi" deməkdir.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Qax rayonu qaralamaları
- Kənd qaralamaları
- Qax rayonunun kəndləri