Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Surra

  • Ana Səhifə
  • Aşağı Surra

Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Surra
39°29′06″ şm. e. 49°00′34″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aşağı Surra xəritədə
Aşağı Surra
Aşağı Surra

Mündəricat

Tarixi

Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir.

Coğrafiyası və iqlimi

Kənd Salyan–Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib.

Əhalisi

Kənddə 4338 nəfər əhali yaşayır (2009).

Tanınmış şəxsləri

  • Vüqar Bağırov (1968–) — Rusiya alimi.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və balıqçılıq təşkil edir. Əsasən, əkinçilik və maldarlıq sahələri daha çox inkişaf etmişdir. Kənddə suvarılan sahələr becərilir. Əkinçilikdə taxıl, pambıq və yonca əkini əsas yer tutur.

Təhsil

Aşağı Surra kəndində təhsil yüksək inkişaf etmişdir. Kənddə Zabil Qabil oğlu Əsgərov adına kənd orta ümumtəhsil məktəbi və Eldar Abbasağa oğlu Rəhmanov adına əsas ümumtəhsil məktəbi yerləşir.

Ədəbiyyat

  • Firdovsi Tağıyev. Aşağı Surra kəndi. Bakı: "Mütərcim", 2017  (az.)

Həmçinin bax

  1. Firdovsi Tağıyev - Aşağı Surra 2017-02-27 at the Wayback Machine. sabahinfo.az, 21.02.2017  (az.)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Quriya diyarı

  • Aprel 06, 2026

    Kəngərlilər sülaləsi

  • Aprel 13, 2026

    Şüştər (dəqiqləşdirmə)

  • Aprel 07, 2026

    Qəzvin şəhristanı

  • Aprel 05, 2026

    Stavropol diyarı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst