Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Minamoto dövrü (1192–1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsa

Aşikaqa şoqunatı

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)

Aşikaqa şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat.

Ümumi məlumat

Minamoto dövrü (1192–1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi".

Xüsusiyətləri

Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır.

Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi. Əslində bu dövrü ancaq şərti olaraq Aşikaqa dövrünə aid etmək olar: həmin vaxta qədər Aşikaqa evindən olan şoqunlar artıq demək olar ki hakimiyyəti tamamilə itirmişdilər. Onlar hadisələrin iştirakçıları deyil, şahidləri idilər.

Bir çox yapon alimi XVI sərin sonuncu rübünü(1573-cü ildə Aşikaqa sülaləsinin sonuncu şoqunu devriləndən sonra və 1603-cü ildə Tokuqava evindən olan ilk şoqunun elan olunmasına qədər), şəxsi diktaturalar dövrü adı ilə xüsusi mərhələyə ayrılar.

Şoqunat sistemi şəxsi diktaturadan başqa bir şey deyildi, hərçənd ki müəyyən feodal sülalənin hakim mövqyini əks etdirirdi. Aşikaqa feodal evinin tarixində təxminən otuz illik bir mərhələ, şoqun Yesimitsunun hakimiyyəti illəri (1379–1408) xüsusi qeyd edilir. Yesimitsu ilk olaraq imperatorluğun iki düşmənçilik edən qanadını barışdırmaq qərarına gəldi. Yaponiyada şoqunat yaranandan sonra öz talyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər.

Kemmu bərpası

Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Hoco evinin əlində idi. Hoco klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər.

Ədəbiyyat

  • А. А Искендеров. Тойотоми Хидейоши. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1984
Üst