| Tarixi İrəvan quberniyası əraziləri | |
| Şərur-Dərələyəz qəzası | |
|---|---|
| Ümumi məlumatlar | |
| Əsası qoyulub | 1727 |
Abana — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur.
Tarixi
Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.
Toponimi
- Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
- 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı
- 1727-ci ilə aid mənbəyə görə kənddə 17 müsəlman (azərbaycanlı) ailəsi yaşayırdı (mənbədə ailələrin başçılarının adları çəkilmişdir)..Gürcüstanda üç Abano, Abanoeti, Abanosxеvi XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Avana və Dağlıq Qarabağda Evankənd adları ilə sıra təşkil edir. Qədim türk mənşəli Aban tayfasının adındandır.
Əhalisi
Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır. 1840–50-ci illərdə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Kateqoriya:
- Şərur-Dərələyəz qəzasının kəndləri