Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası – 28 iyul 1947, Ankara) — Müsava

Abbasqulu Kazımzadə

Vikipediya, azad ensiklopediya
Abbasqulu Kazımzadə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvü
7 dekabr 1918 28 aprel 1920
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası üzvü
28 may 1918 7 dekabr 1918
Şəxsi məlumatlar
Doğum tarixi 1882(1882)
Doğum yeri
Vəfat tarixi 28 iyul 1947(1947-07-28) (64–65 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Cəbəci Əsri qəbiristanlığı
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası28 iyul 1947, Ankara) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Həyatı

1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.

Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.

Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:

" 1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi". "

1947-ci il iyulun 28-də Ankarada vəfat edib və Cebeci Əsri qəbiristanlığında dəfn olunub. Məzarı qəbiristanlıqda 63-cü ada, 12-ci parseldə yerləşir. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur.

Üst