Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Dağ yamacındadır.

Abdal (Ağdam)

39°51′54″ şm. e. 46°55′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Abdal
39°51′54″ şm. e. 46°55′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 707 m
Xəritəni göstər/gizlə
Abdal xəritədə
Abdal
Abdal
Abdal məscidi 1878(1296)

AbdalAzərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Dağ yamacındadır.

Tarixi

1905–1918-ci illərdə kəndə erməni silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci ildə Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.

Toponimikası

ABDAL — Yuxarı Qarabağın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunun Abdal kəndi. Kənddə Harun bulağı,Damcıbulaq, Bəybulaqı,Cam-Cam bulağı,Bala kəkriz,Salamlar kəhriz və.s bulaqlar və kəhrizlər var.

Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad rayonu arasında Abdaldağ, Xocavənd rayonunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir. Albaniyada ermənicə yazılışda Heptal formasında bu tayfanın yaşadığını VII əsr alban tarixçisi Moisey Kalankatlı yazmışdır. Abdal adlı tayfa başqırdlarda, qazaxlarda və türkmənlərdə də vardır. Cənubi Qafqazda Abdallı kənd adlarının bəziləri Qızılbaşların (XV əsr) Şamlı tayfasının Abdallı qolunun məskunlaşması ilə bağlıdır.

Tarixi mənbələrdə Abdal tayfalarından bir neçəsi 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonunun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və həmin kəndin əsasını qoyanlardan olmuşlar.

Həmçinin bax

  • Abdal yurdu
Üst