Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliyev Əbdül Hacıəli oğlu (25 may 1911, Kubaçi[d], Dağıstan MSSR – 5 oktyabr 1965, Mahaçqala) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA

Abdul Əliyev

  • Ana Səhifə
  • Abdul Əliyev

Əliyev Əbdül Hacıəli oğlu (25 may 1911, Kubaçi[d], Dağıstan MSSR – 5 oktyabr 1965, Mahaçqala) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü.

Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu
Doğum tarixi 25 may 1911(1911-05-25)
Doğum yeri
  • Kubaçi[d], Dahadayev rayonu, Dağıstan MSSR, RSFSR
Vəfat tarixi 5 oktyabr 1965(1965-10-05) (54 yaşında)
Vəfat yeri
  • Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
  • professor[d]
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü AMEA (1955)

Mündəricat

Həyatı

Abdul Əliyev 1911-ci ildə Dağıstanın Daxadayev rayonunun Qubaçi kəndində anadan olub. Ali təhsilini 1936-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsində alıb. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951–1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir. 1955-ci ildə Azərbaycan EA-na müxbir üzv seçilmişdir.

Elmi fəaliyyəti

Elmi fəaliyyəti Azərbaycanın çöküntü qatlarının petroqrafiyası, korelyasiyası və mezokaynozoy hövzələrinin paleocoğrafiyasının öyrənilməsi məsələlərinə həsr olunmuşdur. O, Azərbaycanın mezokaynozoy hövzələrinin paleocoğrafiyasını dərk etmək üçün çoxlu yeniliklər vermişdir. O, Azərbaycanda ilk dəfə olaraq karbonat süxurların neft və qaz kollektorları kimi xüsusiyyətlərini öyrənməyin zəruri olduğunu əsaslandırmışdır.

100-dən artıq dərc olunmuş əsərin və o cümlədən 10 monoqrafiyanın müəllifidir. Onun bu əsərlərində Azərbaycanın və Dağıstanın istismar və kəşfiyyat sahələrinin mezokaynozoy çöküntülərinin tərkibi və kollektorluq xüsusiyyətlərini xarakterizə edən külli miqdarda faktik material ümumiləşdirilmişdir. Azərbaycanın neft yataqları və litoloji xəritələrini tərtib edənlərdəndir.

Azərbaycanın və Dağıstanın bir çox litoloq-alim kadrlarını hazırlamışdır. Ömrünün son illərində Dağıstan Dövlət Universitetinin rektoru olmuş və eyni zamanda Geologiya İnstitutunun fasiya və paleocoğrafiya laboratoriyasına rəhbərlik etmişdir.

Akademik fəaliyyəti

Abdul Əliyev 1940-cı ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1946-cı ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 1955-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycanın neft yataqları və litoloji xəritələrini tərtib edən alimlərdən biri olan Abdul Əliyev Azərbaycanda ilk dəfə olaraq karbonat süxurların neft və qaz kollektorları kimi xüsusiyyətlərini öyrənməyin zəruri olduğunu əsaslandırıb.

Abdul Əliyev 10 monoqrafiyanın və 100-dən artıq əsərin müəllifi olub. Onun əsərlərində Azərbaycanın və Dağıstanın istismar və kəşfiyyat sahələrinin mezo-kaynozoy çöküntülərinin tərkibi və kollektorluq xüsusiyyətlərini xarakterizə edən külli miqdarda faktiki material ümumiləşdirilib. Alimin rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanıb.

Ölümü

Abdul Əliyev 1965-ci ildə Dağıstanda vəfat edib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Latın-Faliskan dilləri

  • Mart 31, 2026

    Emil Əfrasiyab

  • Aprel 04, 2026

    Şirvanşahlar (dəqiqləşdirmə)

  • Aprel 04, 2026

    Qaraqoyunlu mahalı

  • Aprel 08, 2026

    Bərkə xan

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst