Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abdurrəhman Tutdərə (1976, Adıyaman) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Abdurrəhman Tutdərə

Vikipediya, azad ensiklopediya
Abdurrəhman Tutdərə
Türkiyə Böyük Millət Məclisinin XXVII və XXVIII çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ciildən
Seçki dairəsi2023, 2018 — Adıyaman ili
Şəxsi məlumatlar
Doğum tarixi 1976(1976) (49–50 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə
Partiya
  • Cümhuriyyət Xalq Partiyası
Təhsili
  • Atatürk Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abdurrəhman Tutdərə (1976, Adıyaman) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı

Abdurrəhman Tutdərə 1976-cı ildə Adıyaman ilində anadan olub. Atatürk Universitetinin Hüquq bölməsindən məzun olub.

2001-ci ildən Adıyaman Vəkillər Kollegiyasında çalışıb. Adıyaman Vəkillər Kollegiyasında sədr müavini, Türkiyə Vəkillər Kollegiyasında Uşaq hüquqları Şurasının üzvü vəzifələrində təmsil olunub.

Siyasətə 1998-ci ildə Cümhuriyyət Xalq Partiyası Adıyaman ili gənclər qanadında qoşulub. 2018 və 2023-cü illərdə Adıyaman ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci çağırışda Konstitusiya Komissiyası, 28-ci çağırışda isə İnsan Hüquqları Komissiyasının üzvü olub.

Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.

Üst