Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (20

Abutalıb Səmədov

  • Ana Səhifə
  • Abutalıb Səmədov

Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023).

Abutalıb Səmədov
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
2008 – 2016
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri
2006 – 2008
SonrakıKamran İmanov
Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı
7 yanvar 2001 – 2005
Seçki dairəsi99 saylı Şəmkir şəhər
ƏvvəlkiBağır Musayev
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1961(1961-02-19) (65 yaş)
Doğum yeri
  • Tovuz, Tovuz rayonu, Azərbaycan
Partiya
  • Azərbaycan Milli İstiqlal Partiyası (1992–1993),
  • Azərbaycan Naminə Alyans Partiyası[d] (1994–2023)

Mündəricat

Həyatı

1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var

Siyasi fəaliyyəti

1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.

1997–1998-ci illərdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.

1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur.

2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir.

Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olmuşdur (17 noyabr 1994 – 2 mart 2023).

3 Noyabr 2023 il tarixindən bugünədək Alyans Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Əliyevlər

  • Mart 26, 2026

    Qan dövranı

  • Aprel 03, 2026

    Ləzgi dili

  • Aprel 05, 2026

    Orta Salahlı

  • Aprel 06, 2026

    Zaqros dağları

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst