| Adıgözəl Gözəlov | |
|---|---|
![]() SSRİ Ali Sovetinin deputatı Adıgözəl Gözəlov | |
| 19 may 1954 – 6 iyun 1957 | |
| Əvvəlki | nazirlik yaradılıb |
| Sonrakı | nazirlik ləğv edilib |
| 28 may 1952 – 17 aprel 1953 | |
| Sədr | Sadıq Rəhimov |
| sentyabr 1943 – 1946 | |
| Əvvəlki | İshaq Gülməmmədov |
| Sonrakı | Balamet Balametov (Nazirlər Sovetinin sədri kimi) |
| 1 dekabr 1941 – 1943 | |
| Birinci katib | Mir Cəfər Bağırov |
| 16 may 1939 – 4 aprel 1941 | |
| Birinci katib | Mir Cəfər Bağırov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1907 |
| Doğum yeri | |
| Vəfat tarixi | 29 may 1966 (58–59 yaşında) |
| Vəfat yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası – 29 may 1966, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957).
Həyatı
Adıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur.
Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir.
ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur.
Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.
Təltifləri
- "Lenin" ordeni — 27 aprel 1940
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945
Həmçinin bax
- Naxçıvan hökumət başçılarının siyahısı
- 1907-ci ildə doğulanlar
- Cavad qəzasında doğulanlar
- 29 mayda vəfat edənlər
- 1966-cı ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- Sov.İKP MK yanında Ali Partiya Məktəbinin məzunları
- "Lenin" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR xalq komissarları və nazirləri
- Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədrləri
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri
- ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri
