Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Adana Dəmirspor — Türkiyənin Adana şəhərini 1-ci liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə

Adana Dəmirspor

Vikipediya, azad ensiklopediya
Adana Dəmirspor
Loqonun şəkli
Ölkə
  •  Türkiyə
Ləqəb(lər) Göy Şimşəklər
Rəng(lər) açıq göy-tünd sürməyi
Yaranma tarixi 28 dekabr 1940
Stadionu Yeni Adana Stadionu, Adana, Türkiyə
Tutumu 33.543
Prezidenti Türkiyə Bədirhan Durak
Baş məşqçisi Türkiyə Koray Palaz
Liqa 1-ci Liqa
2024–2025 Super Liqa, 19. (Düşdü)
Ev forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adana Dəmirspor — Türkiyənin Adana şəhərini 1-ci liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanan ən populyar departamentdir. Klub həmçinin avarçəkmə, stolüstü tennis, taekvondo və voleybol idman növləri üzrə də mübarizə aparır.

Tarixi

Türkiyə Dövlət Dəmir Yolları (TCDD) idman fəaliyyətlərinə 1930-cu ildə Əskişəhər Dəmirsporun qurulması ilə başlamışdı. Sonrakı illərdə İzmir Dəmirspor, Ankara Dəmirspor, Kayseri Dəmirspor və İstanbul (Haydarpaşa) Dəmirspor quruldu.

Liq mübarizələri

  • Super Liqa: 20 mövsüm

1960-1961, 1973-1984, 1987-1990, 1991-1992, 1994-1995, 2021-2025

  • 1-ci Liqa: 30 mövsüm

1963-1973, 1984-1987, 1990-1991, 1992-1994, 1995-1999, 2002-2004, 2012-2021, 2025-

  • 2-ci Liqa: 9 mövsüm

2001-2002, 2004-2012

  • 3-cü Liqa: 2 mövsüm

1999-2001

  • Çukurova Liqası: 18 mövsüm

1942-1959, 1962-1963

Stadion

Adana Dəmirin doğma meydanı 2021-ci ilin mart ayından etibarən Adana Stadionudur[ing.]. Stadion 33543 tamaşaçı tutumuna malikdir.

Departamentləri

Futbol departamenti klubun bütün tarixini yaşadan yeganə şöbədir. Departamentə Gökhan Göktürk rəhbərlik edir.

Üst