| Adil Hacıyev | |
|---|---|
| |
| 31 oktyabr 1991 – 21 may 1992 | |
| Əvvəlki | vəzifə təsis olunub |
| Sonrakı | Arif Hacıyev |
| 1967 – 1974 | |
| Əvvəlki | Barat Qaravəliyev |
| Sonrakı | Həbib Həsənov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1932 (93–94 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Təltifləri | |
Adil Xanbaba oğlu Hacıyev (1932, Qazax rayonu) — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1967–1974), Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri (1991–1992).
Həyatı
Adil Xanbaba oğlu Hacıyev 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
Adil Hacıyev əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1954-cü ildə başlamış, Ağdam Kənd Təsərrüfatını Mexanikləşdirmə Texnikumunda müəllim, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin Ağdam şöbəsinin baş mühəndisi olmuşdur. 1963-cü ildə partiya işinə irəli çəkilərək Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı vəzifəsində işləmişdir. 1967-ci ildən Azərbaycan KP Tovuz Rayon Komitəsinin birinci katibi olmuşdur.
Adil Hacıyev 1982-ci ildən 1990-cı ilədək SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə başçılıq etmiş, sonra yenidən partiya işinə keçmişdir. Azərbaycan KP MK Ümumi şöbəsinin müdiri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri təyin edilmişdir.
Adil Hacıyev 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmiş, Ali Sovetin Sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olmuş, Ali Sovetin Etika komissiyasının tərkibinə seçilmişdir.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
- 1932-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Yaşayan uzunömürlülər
- Qazax rayonunda doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın dövlət müşavirləri
- Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri
