Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı

Adilə Mütəllibova

Vikipediya, azad ensiklopediya
Adilə Mütəllibova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (80–81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Uşaqları 2 övlad
oğlanları: Azad (1962-2011) və Zaur (d. 1970) Mütəllibovlar
Fəaliyyəti Həkim
Partiyası
  • Azərbaycan Sosial Demokrat Partiyası

Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi.

Həyatı

Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Əslən Maştağa qəsəbəsindən olan Adilə Mütəllibova Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı.

Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.

Karyerası

Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib.

Həmçinin bax

  • Azərbaycanın birinci xanımlarının siyahısı
Üst