| Adnalı | |
|---|---|
| 40°34′14″ şm. e. 48°37′06″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 5615 |
| Adnalı | |
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Adnalı kənd inzibati ərazi dairəsində kənd. 27 iyun 2003-cü il tarixli 493-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Coğrafiyası və iqlimi
Kənd Ələt–Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub–qərbdə yerləşir.
Əhalisi
Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı
Kənddə 175 təsərrüfat var.
Mədəniyyəti
Kənddə klub və kitabxana var.
Təhsil
Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Din
Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi mövcuddur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Şamaxı rayonu qaralamaları
- Şamaxı rayonunun kəndləri
