Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aleksandr Dubçek (slovak. Alexander Dubček; 27 noyabr 1921[…] – 7 noyabr 1992[…], Praqa, Çexoslovakiya[…]) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birin

Aleksandr Dubçek

Vikipediya, azad ensiklopediya
Aleksandr Dubçek
slovak. Alexander Dubček
Çexoslavakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
5 yanvar 1968 17 aprel 1969
ƏvvəlkiAntonin Novotnı[d]
SonrakıQustav Husak
Çexoslovakiya Federal Məclisinin deputatı
28 dekabr 1989 25 iyun 1992
Şəxsi məlumatlar
Doğum tarixi 27 noyabr 1921(1921-11-27)[…]
Vəfat tarixi 7 noyabr 1992(1992-11-07)[…] (70 yaşında)
Vəfat yeri
  • Praqa, Çexoslovakiya[…]
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri
  • Slaviçe udole qəbiristanlığı[d]
Partiya
  • Çexoslovakiya Kommunist Partiyası[d] (1948–1970)
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d],
  • Komenski Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, baş katib[d]
Hərbi xidmət
Döyüşlər
  • İkinci Dünya müharibəsi

Təltifləri "Ağ şir" ordeni Ľudovít Štúr Order 1st class — 1995 Cross of Pribina class I — 2000 Order of February 25, 1st class — 1949 "Georgi Dimitrov" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Dubçek (slovak. Alexander Dubček; 27 noyabr 1921[…]7 noyabr 1992[…], Praqa, Çexoslovakiya[…]) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır.

Siyasi fəaliyyəti

Aleksandr Dubçekin abidəsi

1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı '"Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı. Sovet qoşunlarının ölkədə olmasına arxalanan islahat əleyhdarları hücuma keçdilər. 1969-cu il 17 apreldə Aleksandr Dubçek Qustav Husakla əvəz olundu.

Həmçinin bax

Üst