| Aleksey Qripiç | |
|---|---|
| rus. Грипич Алексей Львович azərb. Aleksey Lvoviç Qripiç | |
| | |
| Doğum tarixi | 30 sentyabr (12 oktyabr) 1891 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 oktyabr 1983 (92 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | dramaturq, teatr rejissoru |
| Təhsili |
|
| Mükafatları | |
Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946).
Həyatı
Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir. Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi.
Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır.
1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu, burada 1926-ci ilə qədər çalışmişdır. Bu teatrın səhnəsində onun bir neçə tamaşası göstərilmişdir. Meyerhold onu özünün istedadlı şagirdi hesab edirdi və onun "çoxdan müstəqil yaradıcılıq yoluna çıxdığını" söyləyirdi.
O, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dram Teatrı da daxil olmaqla SSRİ-nin bir neçə böyük şəhərlərində tamaşalarını göstərmişdir.
1983-cü il oktyabrın 1-də Moskvada vəfat etmişdir.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1946
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 8 yanvar 1941
- "Şərəf nişanı" ordeni — 25 fevral 1946
- 12 oktyabrda doğulanlar
- 1891-ci ildə doğulanlar
- Oryolda doğulanlar
- 1 oktyabrda vəfat edənlər
- 1983-cü ildə vəfat edənlər
- 92 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə teatr xadimləri
- SSRİ teatr rejissorları
- Rusiyanın teatr rejissorları
- Donskoye qəbiristanlığında dəfn olunanlar
- XX əsr teatr rejissorları
- Rusiya Teatr Sənəti Universitetinin müəllimləri