Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946).

Aleksey Qripiç

Vikipediya, azad ensiklopediya
Aleksey Qripiç
rus. Грипич Алексей Львович
azərb. Aleksey Lvoviç Qripiç‎
Doğum tarixi 30 sentyabr (12 oktyabr) 1891(1891-10-12)
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1983(1983-10-01) (92 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Fəaliyyəti dramaturq, teatr rejissoru
Təhsili
  • Sankt-Peterburq Politexnik İnstitutu[d]
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1946 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1941
"Şərəf nişanı" ordeni — 1946

Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946).

Həyatı

Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir. Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi.

Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır.

1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu, burada 1926-ci ilə qədər çalışmişdır. Bu teatrın səhnəsində onun bir neçə tamaşası göstərilmişdir. Meyerhold onu özünün istedadlı şagirdi hesab edirdi və onun "çoxdan müstəqil yaradıcılıq yoluna çıxdığını" söyləyirdi.

O, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dram Teatrı da daxil olmaqla SSRİ-nin bir neçə böyük şəhərlərində tamaşalarını göstərmişdir.

1983-cü il oktyabrın 1-də Moskvada vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1946[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 8 yanvar 1941[⇨]
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946
Üst