Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkənin silahlı qüvvələrinə ümumi rəhbərliyi həyata keçirən ali dövlət vəzifəli şəxsdir. Azərbayc

Ali Baş Komandan (Azərbaycan)

  • Ana Səhifə
  • Ali Baş Komandan (Azərbaycan)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkənin silahlı qüvvələrinə ümumi rəhbərliyi həyata keçirən ali dövlət vəzifəli şəxsdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bu səlahiyyət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı

Vəzifədədir
İlham Əliyev

31 oktyabr 2003-cü ildən
Ölkə
  •  Azərbaycan
Başçılıq edir Azərbaycan Azərbaycan Silahlı Qüvvələri
Müraciət forması Cənab Ali Baş Komandan
Səlahiyyət müddəti 7 il
Təsis tarixi 9 oktyabr 1991
Vəzifədə birinci Ayaz Mütəllibov
Rəsmi saytı president.az

Ali Baş Komandan Silahlı Qüvvələrinin idarə edilməsində vahid və mərkəzləşdirilmiş rəhbərliyi təmin edir. Silahlı Qüvvələrin hazırkı Ali Baş Komandanı İlham Əliyevdir.

Mündəricat

Tarixi

Azərbaycan Respublikasında Ali Baş Komandan institutunun formalaşması dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir. 9 oktyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunla bu vəzifənin Azərbaycan Respublikasının Prezidentinə verilməsi müəyyən edilmişdir.

12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Silahlı Qüvvələrin yaradılmasını və Ali Baş Komandan institutunu birbaşa müəyyən etmişdir. Konstitusiyanın 9-cu maddəsində Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, müharibəni beynəlxalq münaqişələrin həlli üsulu kimi rədd etdiyi, habelə Azərbaycan Respublikası Prezidentinin həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı olduğu təsbit edilmişdir.

Sonrakı illərdə Ali Baş Komandan anlayışı qanunvericilikdə daha dəqiq ifadə olunmuş, Silahlı Qüvvələrin idarə edilməsi vahid və mərkəzləşdirilmiş rəhbərlik prinsipi əsasında formalaşdırılaraq fəaliyyətin ardıcıllığı və operativliyi təmin edilmişdir.

Səlahiyyətləri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı:

  • Silahlı Qüvvələrə ümumi rəhbərliyi həyata keçirir;
  • Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin tərkib hissələri arasında səlahiyyət bölgüsünü müəyyən edir;
  • Silahlı Qüvvələrin birgə fəaliyyətini öz əmrləri və göstərişləri ilə təmin edir;
  • Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir və dövlətin hərbi təhlükəsizliyinin təmin olunmasına cavabdehlik edir.

Ali baş komandanların siyahısı

№ Portret Adı, atasının adı, soyadı Səlahiyyətlərin başlanması Səlahiyyətlərin sonu
1 Ayaz Niyazi oğlu Mütəllibov
(1938–2022)
16 dekabr 1991 6 mart 1992
i. e. Yaqub Cavad oğlu Məmmədov
(1941–)
6 mart 1992 14 may 1992
(1) Ayaz Niyazi oğlu Mütəllibov
(1938–2022)
14 may 1992 18 may 1992
i. e. İsa Yunis oğlu Qəmbər
(1957–)
18 may 1992 17 iyun 1992
2 Əbülfəz Qədirqulu oğlu Elçibəy
(1938–2000)
17 iyun 1992 24 iyun 1993
3 Heydər Əlirza oğlu Əliyev 24 iyun 1993 10 oktyabr 1993
10 oktyabr 1993 31 oktyabr 2003
4 İlham Heydər oğlu Əliyev
(1961–)
31 oktyabr 2003 Hal-hazırda
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Əvəzlik

  • Mart 27, 2026

    Həzm sistemi

  • Mart 26, 2026

    Türkiyə

  • Mart 28, 2026

    Xitab

  • Mart 27, 2026

    Monqolların Azərbaycana ilk yürüşü

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst