| Aliyə Ramazanova | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 7 fevral 1941 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 sentyabr 2023 (82 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | rəqqasə |
| Fəaliyyət illəri | 1958–1983 |
| Mükafatları | |
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Piral, Qusar rayonu – 1 sentyabr 2023, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982).
Həyat və yaradıcılığı
Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. İkinci Dünya müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya — 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb.
1958–1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir.
O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb.
Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.
Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Filmoqrafiya
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – musiqi ifaçısı
- 7 fevralda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Qusar rayonunda doğulanlar
- 1 sentyabrda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan rəqqasələri