Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adl

Alpout (Laçın)

39°45′22″ şm. e. 46°22′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Alpout
39°45′22″ şm. e. 46°22′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Xəritəni göstər/gizlə
Alpout xəritədə
Alpout
Alpout

AlpoutAzərbaycan Respublikasının Laçın rayonunun Qoşasu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.

Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir. XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XV əsərdən sonra "alp" sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı "dəli" adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu söz də arxaikləşmiş və dilimizdə "igid" sözü işlənmişdir.

Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat, el mənasında işlənir. Yəni, igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyəti

Alpout kəndində məktəb, kitabxana, klub və mağaza var idi.

Coğrafiyası və iqlimi

Kənd Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyindədir.

Bu kənd rayon mərkəzindən 40 km. şimal-qərbdə yerləşir.

Əhalisi

Ermənistan işğalınadək kənd əhalisi azərbaycanlılardan ibarət idi.

Kənd əhalisindən Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər:

  1. Əşrəf Yediyar oğlu Nəsibov (1968–1992).

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

Üst