Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Alıbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Alıbəyli bələdiyyəsi

Vikipediya, azad ensiklopediya
Bələdiyyə
Alıbəyli bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Alıbəyli bələdiyyəsi
Ölkə Azərbaycan
Daxildir Ağdam rayonu
İnzibati mərkəz Alıbəyli
Bələdiyyə sədri (sonuncu) Ağayev Rövşən Pənah oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 2004
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60940007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3201
VÖEN 3200032681
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2004-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi

Alıbəyli bələdiyyəsiAzərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunun "Ağdam rayonu üzrə" hissəsinin üçüncü abzasına əsasən "Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi" yaradılıb.

2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi), habelə Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

Bu Bələdiyyənin 10.02.2005-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə onun Nizamnaməsi qəbul edilib.

Təşkil edildiyi ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin 2. Ağdam rayonu bölməsinə əsasən "1) 1-ci sırada "Alıbəyli bələdiyyəsi" sözlərinin qarşısındakı "və Kiçikli kəndləri" sözləri ", Kiçikli kəndləri və Birinci Alıbəyli, İkinci Alıbəyli qəsəbələri" sözləri ilə;" əvəz edilmişdir.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi, habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı "dəyişikliklər edilib: 7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi;" yaradılıb.

Ağdam rayonu Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolu ilə təsbit edilmiş 3-cü Qərarı ilə Ağdam rayonunun Alıbəyli bələdiyyənin Nizamnaməsi ləğv edilib.

Mərkəzi və ərazisi

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunun "Ağdam rayonu üzrə" hissəsinin üçüncü abzasına əsasın Bələdiyyənin mərkəzi Ağdamın Alıbəyli kəndi olub.

Həmin Qanunun əlavəsinin "AĞDAM RAYONU" bölməsinin 1-ci bəndinə uyğun olaraq, Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Ağdam rayonunun Alıbəyli bələdiyyəsi 3200032681 3201 60940007 Üçoğlan kənd iəd 60919005 Alıbəyli kəndi 60919048
Böyükbəyli kəndi 60919028
Kiçikli kəndi 60919078
Birinci Alıbəyli qəsəbə iəd 60940005 Birinci Alıbəyli qəsəbəsi 60940016
İkinci Alıbəyli qəsəbə iəd 60944005 İkinci Alıbəyli qəsəbəsi 60944016
Üst