| Amir əş-Şəbi | |
|---|---|
| ərəb. الشعبي | |
| |
| Doğum tarixi | 641 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 723 (81–82 yaşında) |
| Vəfat yeri |
|
| Elm sahəsi | Şəriət |
| Tanınmış yetirmələri | Qətadə, Əbu Hənifə |
Əş-Şəbi (ərəb. الشعبي) və ya Əbu Əmr Amir ibn Şurahil əl-Həmədani əl-Kufi (641, Kufə – 723, Kufə) — Tabiun nəsli mühəddislərindən biri.
Bioqrafiyası
Xəlifə Ömərin xilafəti illərində — 641-ci ildə Kufədə anadan olmuşdur. Əslən yəmənli olan Himyəri sülaləsinə mənsubdur.
Əli, Aişə, İmran ibn Husayn, Əbu Hüreyrə, İbn Abbas, Abdullah ibn Ömər, Muğirə ibn Şöbə və başqa səhabələrdən dərs almışdır.
O, İsmayıl ibn Xalid əl-Əşəs, Davud ibn Əbu Hind, Zəkəriyya ibn Əbu Zaidə, əl-Əməş, Əbu Hənifə, İbn Əvn, Yunus ibn Əbu İshaq kimi görkəmli alimlərin müəllimi olmuşdur. Əbu Hənifənin elmə yönəlməsində xüsusi rolu olmuş, onun ən böyük ustadlarındandır. Çox güclü hafizəyə sahib olmuşdur. Beş yüzə yaxın səhabə ilə görüşmüşdür. Hələ səhabələrin dövründə onun Kufədə böyük bir elm məclisi var idi. Demək olar ki, bütün islam ölkələrinin elm mərkəzlərində olmuşdur. Asim əl-Əhvəl onun haqqında belə demişdir:
| Kufə, Bəsrə və Hicaz əhlinin elmlərini ondan yaxşı bilən biri ilə qarşılaşmamışam. |
O, Əməvilərə qarşı üsyan qaldırmış İbni-Əşası dəstəkləmiş alimlərdəndir, lakin İbni-Əşas Əməvilərə məğlub olduqdan sonra pis vəziyyətdə qalmışdır. Doqquz ay gizlənmək məcburiyyətində qalan Şəbi, Həccac tərəfindən həbs edilmişdir. Həbs edilən Şəbi, Həccacın onun üslubuna və elminə valeh olması səbəbi ilə azadlığa buraxılmışdır.
Mühəddis, münəkkid və müttəqi bir alim olan Şəbi, 744-cü ildə Kufədə vəfat etmişdir.
- 641-ci ildə doğulanlar
- Kufədə doğulanlar
- 723-cü ildə vəfat edənlər
- Kufədə vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Tabiinlər
- Sünni imamları
- Sünni müsəlman İslam alimləri
- Hədis alimləri
- Ərəb tarixçilər
- Müftilər
- Ərəb müsəlmanları
- Raşidi xilafətindən olanlar
