Amper (alm. Amper, Ammer) — Almaniyanın Bavariya bölgəsindən axan çay.
Əsas göstəriciləri
Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 km²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur. Burada çoxlu balıq növləri yaşayır.
Şəkillər
Həmçinin bax
- İzar çayı
- Dunay çayı
Kateqoriyalar:
- Əlifba sırasına görə çaylar
- Almaniya çayları
- Münxen

