Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anabadgədik dağı — Kəngərli və Babək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənu

Anabadgədik dağı

  • Ana Səhifə
  • Anabadgədik dağı

Anabadgədik dağı — Kəngərli və Babək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında yerləşir.  Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahilində, Çalxanqala kəndindən 3 km şimal-şərqdədir. Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəng daşlarından təşkil olunmuş qayalıqdan ibarətdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının tağ hissəsində yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması boyu Üst Triasın dolomitləri Alt Yuranın vulkanogenləri (Nehrəm lay dəstəsi) və Üst Tabaşirin terrigen-karbonat süxurları (Kotam lay dəstəsi) ilə tektonik təmasdadır. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri izlənilir.

Anabadgədik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2081,1 m
Yerləşməsi
39°27′33″ şm. e. 45°15′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Kəngərli rayonu və Babək
Anabadgədik dağı xəritədə
Anabadgədik dağı
Anabadgədik dağı

Həmçinin bax

  • Almalıdağ
  • Alçalıdağ
  • Elti dağı
  • Qız-gəlin dağı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Qərbi Asiya

  • Mart 28, 2026

    ASAN xidmət

  • Aprel 05, 2026

    Müqəddəs Georgi

  • Aprel 03, 2026

    Şəki rayonu

  • Aprel 02, 2026

    Hüquq-mühafizə qüvvələri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst