Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirzəyev Anar Mehman oğlu (25 oktyabr 1982, Basqal, İsmayıllı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Və

Anar Mirzəyev

Vikipediya, azad ensiklopediya
Anar Mirzəyev
Anar Mehman oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1982(1982-10-25) (43 yaş)
Doğum yeri Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
Polkovnik
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri
Vətən Müharibəsi Qəhrəmanı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2017 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Füzulinin azad olunmasına görə" medalı — 2021

Mirzəyev Anar Mehman oğlu (25 oktyabr 1982, Basqal, İsmayıllı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi.

Həyatı

25 oktyabr 1982-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur.

Hərbi xidməti

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olmuşdur. Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi almışdır. Sonda ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirmişdir və hərbi vəzifəsinə başlamışdır. Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olmuşdur.

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ordu üzrə ən yaxşı tabor komandiri yarışı keçirilmiş və Anar Mirzəyev birinci yeri əldə etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20.06.2017-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

2024-cü il 20 iyul tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin olunmuşdur.

Təltifləri

  • (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • "Füzulinin azad olunmasına görə" medalı — 2020 (14.06.2021)--"Füzulinin azad olunmasına görə" medalı
  • (20.06.2017) — "Hərbi xidmətlərə görə" medalı
  • (25.06.2020) — "Vətən uğrunda" medalı
  • (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həmçinin bax

  • Vətən Müharibəsi
  • "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı
Üst