Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin ə

Anatollu Qəniyev

Vikipediya, azad ensiklopediya
Anatollu Qəniyev
Ümumi məlumatlar
Doğum tarixi 10 fevral 1931(1931-02-10)
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1985(1985-10-01) (54 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

Həyatı

Anatollu Qəniyev 1931-ci ildə Neftçala rayonu, Züyd-Ost Kultuk kəndində doğulmuşdur. Atası Mirzə Heydər Qəniyev tarix müəllimi işləyirdi. Körpə yaşında anasını itirən Anatollu Qəniyevin uşaqlıqdan musiqiyə həvəsi var idi. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi Firudin Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.

Yaradıcılığı

Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış etmişdir (1959).

Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.

İfa etdiyi mahnılar:

Bana-bana gəl

Naznaz

Məni gördü güldü yar

Ağacda leylək

Çıx yaşıl düzə

Gözəllik nəğməsi

Qalxın, dostlar

Aybəniz

Dəyişmərəm

Görmədim

Gəlmədin sən

Gənclik mahnısı

Cıdır düzü

Qızıl ətəkli bahar

Yurdumun

Mən milisəm

Cənnətim Qarabağ

Ay qaşı-gözü qara qız

Qurban olduğum

Yaşa, könül

Lənkəranın çay dərən qızları

Etibarlı oğlanam

Könlüm

Getmə, dayan

Evləri var xana-xana

Səni haylaram

Pəncərəmə qondu çiçək

Çoban Qara

İlk görüşdən gəlirəm

Reyhan

Ata nəsihəti

Svetofor

Bu dərə uzun dərə

Nargilə

Görürəm səni

Geriyə dön

Yaşa, Özbəkistan

Poçtalyon

Gülüm, nə yaman gözəlləşmisən

Şanlı qəhrəman

Ürəyimdəsən

Gəl, mənim Leylam

Filmoqrafiya

  1. Möcüzələr adası (film, 1963) — lirik mahnı,, Pəncərəmə qondu çiçək". Bəstəkar T. Quliyev.
  2. Ulduzlar sönmür (film, 1971) — mahnı ifa edən
  3. Azərbaycan elləri (film, 1976) — mahnı ifa edən
  4. Alma almaya bənzər (film, 1975) — mahnı ifa edən
  5. Koroğlu (film, 1960) — Dəli Həsənin mahnısı ("Bana-bana gəl" — Bəstəkar C. Cahangirov)
  6. Qanun naminə (film, 1968) — "Dağların başın qışda qar alar" xalq mahnısı
  7. Qərib cinlər diyarında (film, 1977) — Əsra ilə Kəsranın dueti ("Xoş gəlib" — Bəstəkar A. Məlikov)
  8. Telefonçu qız (film, 1962) — Bakı haqqında mahnı — Bəstəkar T. Quliyev
  9. Dəniz (film, 1965) — "Geriyə dön" mahnısı — Bəstəkar E. Sabitoğlu

Xatirəsi

İctimai televiziyada istehsal edilmiş Anatollu Qəniyev adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Üst