| Aqafangel | |
|---|---|
| erm. Ագաթանգեղոս | |
| | |
| Doğum tarixi | V əsr |
| Vəfat tarixi | VI əsr |
| Elm sahəsi | tarix |
Aqafangel (erm. Ագաթանգեղոս, q.yun. Ἀγαθάγγελος; V əsr – VI əsr) — V əsr erməni tarixçisi. Aqafangel "Ermənistan tarixi" əsərində ermənilərin xristianlığı qəbul etməsi dövründə Ermənistanın daxili vəziyyəti, xristianlığın yayılması, feodal qayda-qanunları və s. barədə məlumat verilir. Əsərdə Qafqaz Albaniyası, albanlar, həmçinin başqa Qafqaz tayfaları və xalqları haqqında da məlumat var. Gürcü və ərəb dillərində variantları qalmışdır. Əsər 1909-cu ildə Tiflisdə erməni dilində (qrabar) nəşr olunmuşdur.
Kateqoriyalar:
- V əsrdə doğulanlar
- VI əsrdə vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Erməni tarixçilər
- V əsr tarixçiləri
- Qədim Ermənistan