Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Krimski Aqafangel Yefimoviç (ukr. Агатангел Юхимович Кримський; krımtat. Agatangel Krımskiy; 3 (15) yanvar 1871, Vladimir (Ukrayna), Volın quberniyası[d] – 25 y

Aqafangel Krımski

Vikipediya, azad ensiklopediya
Aqafangel Krımski
Doğum tarixi 3 (15) yanvar 1871(1871-01-15)
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1942(1942-01-25) (71 yaşında)
Vəfat yeri
  • Kostanay, Qazaxıstan Sovet Sosialist Respublikası, SSRİ
Elm sahələri tarix, dilçilik, şərqşünaslıq
İş yerləri
  • Mixaylo Drahomanov adına Ali Xalq Təhsili İnstitutu (1918–1921),
  • Ukrayna Milli Elmlər Akademiyası (1918-ci ildən)
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d] (1896),
  • Lazarev Şərq Dilləri İnstitutu[d] (1889–1892)
Tanınmış yetirmələri Omelyan Pritsak[d], Timofey Qrunin
Üzvlüyü
  • Ukrayna Milli Elmlər Akademiyası
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krimski Aqafangel Yefimoviç (ukr. Агатангел Юхимович Кримський; krımtat. Agatangel Krımskiy; 3 (15) yanvar 1871, Vladimir (Ukrayna), Volın quberniyası[d] – 25 yanvar 1942, Kostanay) — Ukrayna yazıçısı, şərqşünas, akademik (1918). Əslən Krım tatarıdır.

Həyatı

1892-ci ildə Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunu, 1896-cı ildə Moskva Universtitetinin tarix fakültəsini bitirmişdir. Şərq xalqlarının tarix və mədəniyyətinə dair bir sıra əsərlərin müəllifidir.

60-a yaxın dil bilən Aqafangel Krımski dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921–1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A. Krımski "Müsəlmanlığın tarixi", "Ərəblərin və ərəb ədəbiyyatının tarixi", "İranın və onun ədəbiyyatının tarixi", dördcildlik "Türkiyə və onun ədəbiyyatının tarixi" əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.

Şərq tarixini ümumdünya tarixinin bir hissəsi kimi tədqiq edən ilk rus şərqşünasıdır. Azərbaycanşünaslığa dair qiymətli tarixi və filoloji əsərlər yazmışdır: "Nizami və müasirləri", "Şimali yaxud Qafqaz Azərbaycanı (klassik Albaniya) tarixindən səhifələr. Şəki" və s.

Biblioqrafiya

  • Крымский А. Е. Очерк развития суфизма до конца III в. Хиджры. — СПб., 1895. (Тр. Восточной Комиссии Имп. Московского Археолоического Общества. — М., 1895. — Т. 2.)
  • Крымский А. Е. Лекции по Корану. — М., 1902.
  • Крымский А. Е. История мусульманства: В 3 ч. — М., 1903–1904.
  • Крымский А. Е. История Турции и её литературы: В 2 т. — М., 1910–1916.
  • Крымский А. Е. История арабов и арабской литературы светской и духовной: В 3 ч. — М., 1911–1913; В 2 т. — 1918.
  • Крымский А. Е. История Персии, её литературы и дервишской теософии: В 3 т. — Изд., перераб. совместно с Н. Фрейтагом. — М., 1909–1917.
  • Крымский А. Е. История новой арабской литературы. — М., 1971.
  • Крымский А. Е. Низами и его современники: [К 840-летию Низами Гянджеви] / А. Е. Крымский; [Вступит. статья Г. Алиева, с. 5–20]. — Баку: Элм, 1981. — 487 с.

Həmçinin bax

Üst