Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (16 iyun 2016–indi).
| Aqil Nəzərli | |
|---|---|
Vəzifədədir | |
| 16 iyun 2016-cı ildən | |
| Əvvəlki | Akif Səlimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 mart 1976 (50 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi |
Həyatı
Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.
1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.
16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.
Ailəsi
Ailəlidir, iki övladı var.