Arçrun Ovannisyan və ya Artsrun Hovhannisyan (Erm: Արծրուն Կարապետի Հովհաննիսյան, 30 yanvar 1980, Cızıxlar, Qızıl Qoç rayonu, Ermənistan SSR) — Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi (2012–2020), Vazgen Sarkisyan adına Hərbi Universitetin Zabitlər Fakültəsinin Dekanı, hərbi ekspert, Ermənistan Mərkəzləşdirilmiş Məlumat Mərkəzində Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi.
| Arçrun Ovannisyan Karapeti | |
|---|---|
| Արծրուն Կարապետի Հովհաննիսյան | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 30 yanvar 1980 (46 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Ermənistan |
| Qoşun növü | Hava Hücumundan Müdafiə |
| Hərbi hissə | Artileriya |
| Xidmət illəri | 1997 – indiyə qədər |
| Rütbəsi | Polkovnik-leytenant |
| Vəzifəsi | Vazgen Sarqsyan adına Hərbi Universitetin Zabitlər Fakultəsinin Dekanı |
| Təltifləri | "Döyüş Xidmətlərinə görə" medalı |
Biqorafiya
Arçrun Karapetani Ovannisyan (Bəzən Artsrun olaraq transliterasiya edilir, Soyadındakı Հ (/h/) səsləri tələffüzdə ixtisar edilə bilər) 30 yanvar 1980-ci ildə Ermənistanın Şirak mərzinin Çoğamarq (Cızıxlar) kəndində anadan olmuşdur.
1997-ci ildə İrəvanda yerləşən Vazgen Sarqsyan adına Hərbi Akademiyanın Artileriya birləşmələri komandirliyi üzrə təhsil almağa başlamış və 2001-ci ildə buradan leytenant rütbəsiylə məzun olmuşdur və Ermənistan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələrində taqım komandiri olaraq hərbi karyerasına başlamışdır. 2002-ci ildə bölük komandiri, 2004-cü ildə isə alay komandiri təyin edilmişdir.
2010-cu ildən Ermənistan Elmlər Akademiyasının Beynəlxalq Elm və Təhsil Mərkəzind tarix üzrə magistr təhsilinə başlamış, həmçinin həmin ildən etibarən Ermənistan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunda hərbi mütəxəssis kimi işləməyə başlamışdır. 2012-ci ildə magistr dərəcəsi almışdır.
Həmin il, Ermənistan Müdafiə Nazirliyinin məktbuat xidmətinin katibi vəzifəsinə təyin edilmişdir.
2013-cü ildə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitunda aspirant təhsilə başlamış və 2014-cü ildə tarix elmləri namizədi dərəcəsini almışdır.
Arçrun Ovannisyan 2013-cü ildən İrəvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Jurnalistika fakültəsində dərs demiş, 2014-cü ildən etibarən akademik fəaliyyətinə Vazgen Sarqsyan adına Hərbi Akademiyada davam etmişdir.
2020-ci ilin mart-iyul aylarında o, Ermənistan Müdafiə Nazirliyinin V. Sarkisyan adına Hərbi Universitetinin marşal Hovhannes Bağramyan adına komandanlıq fakültəsinin rəisi olub. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər baş vermiş Ermənistan-Azərbaycan müharibəsi zamanı Erməni Vahid İnformasiya Mərkəzinin mətbuat konfranslarına rəhbərlik edib. Sonra Hovhannisyan Müdafiə Nazirliyndə Kadr və Hərbi Təhsil Siyasəti Baş İdarəsinin Təhsil İdarəsinin rəisi vəzifəsini tuturdu. 2021-ci ilin aprel ayında öz müraciətinə əsasən Ermənistan Müdafiə Nazirliyində xidmətdən tərxis olunub.
